Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşü keçirilib.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verib.

Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin ölkələr arasındakı əməkdaşlıq gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tarix
23 Oktyabr 2020 [23:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-23 23:45:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin