Qəbələdə minik avtomobili aşıb, xəsarət alan var

18:31 - 23 Oktyabr 2020 - HADİSƏ

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Zarağan kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.


Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti