"Kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər var idi"- Erməni əsir

Əsir götürülən erməni hərbçilər sıralarında döyüşən muzdlular barədə danışıb.

Onlardan biri bildirib:
“Mən Mikayelyan Albert Yervandi sentyabrın 7-si 2001-ci ildə Şirak vilayətinin Artik şəhərində anadan olmuşam. 2019-cu ilin dekabrın 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütməsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada mən tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.///report

Tarix
23 Oktyabr 2020 [13:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-23 13:22:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin