Hamilə qadın bəhsə girdi; 1,5 kilometr məsafəni 5,5 dəqiqəyə qaçdı - VİDEO

11:51 - 23 Oktyabr 2020 - MARAQLI

ABŞ-da hamilə qadın 1,5 kilometr məsafəni 5,5 dəqiqəyə qaçıb. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, Kaliforniyada yaşayan 28 yaşlı McKenna Myler hamiləliyini son həftəsində həyat yoldaşı Mayk Mylerlə bəhsə girib.

Mayk, McKennana 1,5 kilometr məsafəni 8 dəqiqəyə qət edə bilməyəcəyini bildirib və bundan sonra cütlük 100 dollardan mərcə giriblər.

McKennan isə 1,5 kilometr məsafəni 5,5 dəqiqəyə qət edərək bəhsi udub.

 

Namiq Musayev

 

0

Xəbər xətti