Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

14:50 - 22 Oktyabr 2020 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 47 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib, aktiv xəstə sayı 6 151 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 457, ötən müddət ərzində isə ümumilikdə 1 260 193 test aparılıb.

Xəbər xətti