Sirli rəssamın əsəri 10 milyon dollara satıldı

08:52 - 22 Oktyabr 2020 - MARAQLI

Britaniyalı küçə rəssamı Benksinin "Show Me The Monet" adlı tablosu 7,6 milyon funt sterlinqə (9,8 milyon dollar) satılıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, hərrac Londondakı "Sotheby's" auksion evi tərəfindən həyata keçirilib.

Lakin bu məbləğ sənətkarın işi üçün bir rekord anlamına gəlmədi. Çünki ötən il Birləşmiş Krallıq Parlamentini lağa qoyan bir Benski tablosu 9,9 milyon funt-sterlinqə (o zamanki məzənnə ilə 12 milyon dollar) satılmışdı.

Ən maraqlısı da budur ki, sənətçi hələ də kimliyini gizli saxlamağı bacarır. Rəssamın ən yaxın köməkçilərindən başqa heç kim onun necə göründüyünü və əsl adının nə olduğunu bilmir. Yalnız bir neçə şəkil və video var ki, orda da Benskinin üzü həmişə örtülüdür.

Xəbər xətti