Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

16:01 - 21 Oktyabr 2020 - DÜNYA

Gürcüstanın Zuqdidi şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Avtomat və qumbara ilə silahlı şəxs “Gürcüstan Bankı”nın şöbəsinə daxil olub.
Girov götürülənlər arasında həm bankın əməkdaşları, həm də müştərilər var. Onun tələbləri barədə hələlik məlumat verilməyib.

Hadisə yerinə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilib.///trend

Xəbər xətti