Ana səhifə
14 Noyabr 2018

Azərbaycan qazı Avropa bazarına 2020-ci ildə çatdırılacaq

Rövnəq Abdullayev: “Bolqarıstan azərbaycan qazının qəbul nöqtəsini müəyyənləşdirməlidir”

 

 

Bolqarıstan “Şahdəniz-2″ layihəsi çərçivəsində Azərbaycan qazının qəbul nöqtəsini Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatanadək müəyyənləşdirməlidir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, “Bulgargaz” ötən ilin ilin sentyabrında “Şahdəniz-2″ layihəsi çərçivəsində 1 milyard kubmetr qazın satın alınmasına dair kommersiya sazişi imzalayıb və 2019-cu ilin sonunadək Türkiyə və ya Yunanıstan sərhədində qazın qəbul nöqtəsini müəyyənləşdirməlidir.

Bolqarıstanın qazı əsas tədarüklərin başlamasınadək əldə etmək niyyəti ilə bağlı sualı cavablandıran Abdullayev deyib ki, bunun üçün texniki şərait olmalıdır və bu məsələyə baxılmalıdır.

Məlumat üçün qeyd edilir ki, SOCAR 2014-cü ilin sentyabrında Bakıda “Bulgargaz”la niyyət protokolu, “Bulgartransgaz” ilə isə anlaşma memorandumu imzalamışdı.

Azərbaycan qazının Avropa bazarına çatdırılması uzunluğu 3600 km olan “Cənub qaz dəhlizi” vasitəsilə həyata keçiriləcək. SOCAR rəhbərinin bu günkü bəyanatından aydın olur ki, Azərbaycan qazı Avropa bazarına 2020-ci ildə çatdırılacaq.

 

 

Əfsun

Tarix
14 Oktyabr 2014 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin