Göygöldə ağır qəza - Ölən və yaralananlar var

13:08 - 21 Oktyabr 2020 - Xəbər

Göygöldə ağır yol qəzası baş verib.

Oktyabrın 20-də saat 16 radələrində Göygöl şəhəri ərazisində Tovuz rayon sakini Q.Quliyevin idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini Məzlum Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə M.Quliyev və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti