Baş Prokurorluq xarici ölkə vətəndaşlarına xəbərdarlıq etdi

12:44 - 21 Oktyabr 2020 - Xəbər

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

https://www.youtube.com/watch?v=Sc19h__BtoA

https://www.youtube.com/watch?v=R2ACCG_T1t4

https://www.youtube.com/watch?v=QqhEDUivBAc

https://www.youtube.com/watch?v=jk_lYwyXrIw

https://www.youtube.com/watch?v=C6P3Zuohsac

https://www.youtube.com/watch?v=Y-kHDMFw33A

Xəbər xətti