Sumqayıtda yanğın olub

12:56 - 20 Oktyabr 2020 - HADİSƏ

Sumqayıt şəhərində tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının fasadına quraşdırılan taxtadan ibarət konstruksiya 20 m² sahədə və 1-ci mərtəbəsində tikinti materialları 100 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti