Mustafa Şentopun bu gün burada olması iki ölkə arasında qardaşlığın daha bir nümunəsidir - Sahibə Qafarova

11:28 - 20 Oktyabr 2020 - Xəbər

Azərbaycan və Tükiyənin dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün parlamentin plenar iclasında deyib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun iştirakı ilə keçirilən iclasda S.Qafarova qeyd edib ki, Azərbaycan daim Türkiyəni öz yanında hiss edib.

Spiker bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində ordumuzun əks-hücum əməliyyatları zamanı dünya Azərbaycanla Türkiyə arasında qardaşlığın bir daha şahidi oldu:

"Türkiyə bəyan etdi ki, bu haqq işində Azərbaycanın yanındadır. M.Şentopun bu gün burada olması iki ölkə arasında qardaşlığın daha bir nümunəsidir".///trend

 

Xəbər xətti