"Ermənistanın ipini əlində tutanlar bunu dayandırmalıdır" - Mustafa Şentop

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib.
İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edib.

“Əvvəlcə onu deyim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə xalqının Azərbaycan xalqına salamını gətirmişəm”.

Onun sözlərinə görə, Türkiyə parlamentinin üzvlərinin hər biri bugünkü iclasda iştirak etmək istəyir: “İnşallah biz birlikdə belə bir iclası birlikdə Qarabağda keçirək”.

TBMM sədri bildirib ki, Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır: "Məclis olaraq Azərbaycanın yanında olduğumuzu sentyabrın 28-də dünyaya bir daha bəyan etdik”.
Onun sözlərinə görə, Ermənistan mülki insanları öldürməyi dövlət siyasətinə çevirib:
“Moskvadakı atəşkəsdən sonra da onlar atəşkəsi pozaraq mülki insanları yenidən hədəf alıb. Onlar günahsız insanlara hücum etməyə davam edir. Bunlar müharibə cinayətidir. Beynəlxaq ictimaiyyətə müraciət edirəm ki, karsınız, ya korsunuz? Bunları görmürsünüzmü? Ermənistanın ipini əlində tutanlar bunu dayandırmalıdır”.///publika.az

Tarix
20 Oktyabr 2020 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-20 11:27:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin