Argentinada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb

07:26 - 20 Oktyabr 2020 - DÜNYA

Argentinada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 12 982 nəfər yoluxub. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, Argentinada koronavirusa yoluxanların sayı 1 002 662 nəfərə çatıb. Qeyd edək ki, Argentina ABŞ, Braziliya, Hindistan və Rusiyadan sonra koronavirusa yoluxanların sayının 1 milyonu keçdiyi beşinci ölkə olub. Bildirilir ki, ötən sutka koronavirusdan 451 nəfər ölüb, ölənlərin ümumi sayı 26 716 nəfər təşkil edir. Hazırkı dövrədək koronavirusdan 803 965 nəfər sağalıb.

Xəbər xətti