İngiltərə klublarında 8 nəfərdə koronavirus aşkarlanıb

23:47 - 19 Oktyabr 2020 - İDMAN

İngiltərə Premyer Liqa klublarının koronavirus testinin növbəti mərhələsinin nəticələri açıqlanıb.

12-18 oktyabr tarixlərində yeni yoluxma faktının aşkarlandığı müəyyənləşib.
Bu dəfə futbolçular və klub işçiləri də daxil olmaqla 1575 nəfər koronavirus testindən keçib. 8 nəfərin testinin pozitiv çıxdığı məlum olub. Həmin şəxslər 10 günlük karantinə alınıblar.

Qeyd edək ki, Premyer Liqada hazırda “Everton” 13 xalla turnir cədvəlinə başçılıq edir.///ApaSport

Xəbər xətti