Türkiyədə koronavirusdan sağalanların sayı 304 min nəfəri ötüb

22:11 - 19 Oktyabr 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 75 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 371 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 958 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 349 519 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 424 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 305 427 nəfər təşkil edir.

Xəbər xətti