"Neftçi" "Sabah"ı məğlub etdi

16:05 - 18 Oktyabr 2020 - İDMAN

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

"Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edib.

Komandalar meydana birgə pankartla çıxıblar. Pankart üzərində "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" yazılıb.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 29-cu dəqiqədə Namiq Ələsgərov komandasına qələbə qazandıran qola imza atıb. 75-ci dəqiqədə "Neftçi" azlıqda qalıb. Mamadu Kane ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra "Neftçi" 10-cu xalını qazanıb və ikinci pilləyə yüksəlib. "Sabah" isə 6 xalla 6-cıdır.

Qeyd edək ki, turun son matçında "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Daha əvvəl keçirilmiş matçlarda "Qarabağ" "Qəbələ"ni 3:0 hesabı ilə üstələyib. "Səbail" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Xəbər xətti