Mehriban Əliyeva: “Gəncə Azərbaycanın döyünən ürəyidir ”

“Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq”. 

Bunu Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində yazıb.

M.Əliyeva qeyd edib ki, lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq: “Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə - qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”.

 

Tarix
17 Oktyabr 2020 [19:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 19:44:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin