Amerikanın Erməni Milli Komitəsinin terror təşkilatı kimi tanınması üçün petisiya açıldı

Ağ Evin rəsmi saytında ABŞ-da fəaliyyət göstərən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) terrorçu təşkilat kimi tanınması üçün petisiya açılıb.

Petisiyada ANCA-nın əməliyyatlarına, fəaliyyətinə məhduddiyyət qoyulması ilə bağlı çağırış edilib.

Həmçinin ANCA-nın fəaliyyətinə dair araşdırma aparılması ilə bağlı ABŞ-a müraciət ünvanlanıb.

Qeyd edilib ki, ANCA ABŞ-da yaşayan azərbaycanlılara sui-qəsdlər təşkil edir, Amerika ictimaiyyətini çaşdırmaq üçün yalanlar yayır, ABŞ-da yaşayan azərbaycanlılara qarşı zorakılıq həyata keçirir.

ANCA-nın çox təhlükəli bir terror təşkilatı olduğu qeyd edilib, ANCA-nın ASALA, NAR, JCAG kimi terror təşkilatlara maliyyə dəstəyi göstərdiyi vurğulanır.

Petisiyanı dəstəkləmək üçün linkə elektron ünvanı tələb olunan hissələrə yazmaq və SİGN NOW düyməsini basmaq lazımdır. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

Xatırladaq ki, oktyabrın 11-də Ermənistana qarşı sanksiya tətbiqi ilə bağlı petisiya da açılıb. Petisiyada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunması qeyd edilib.///report

Tarix
17 Oktyabr 2020 [15:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 15:12:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin