Prezident Ermənistanın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş texnikasının bir hissəsini açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini açıqlayıb.

Dövlət başçısı bu gün xalqa müraciətində bildirib ki, sentyabrın 27-dən bu günədək Ermənistanın 234 tankı məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb: “Piyadaların döyüş maşını - 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb, 16 ədəd özüyeriyən artilleriya qurğusu məhv edilib, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd “Uraqan” sistemi, 1 ədəd TOS odsaçan, 2 ədəd “Elbrus” əməliyyat taktiki raket kompleksi, 1 ədəd Toçka-U, 35 ədəd OSA zenit raket kompleksi, 3 TOR zenit raket kompleksi, 5 KUB və Kruq zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 2 ədəd S-300 zenit raket kompleksi, 198 ədəd yük avtomobili məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər. Və bu suallara biz cavab tapmalıyıq və tapacağıq”.

Tarix
17 Oktyabr 2020 [11:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 11:37:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin