Ana səhifə
19 Yanvar 2018

İcra hakimiyyətində yoxlama aparılacaq

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Ucnoqta.az” xəbər verir ki, Palatadan verilən məlumata görə, dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı İstismarı İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. 

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi qərara alınıb. Eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olununacaq./ AzVision.az /

Tarix
3 Oktyabr 2014 [11:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ