Politoloq: "Ermənistan dinc əhalini vuraraq istədi ki, Azərbaycan hədəf olaraq İrəvanı vursun"

21:52 - 16 Oktyabr 2020 - SİYASƏT

"Ermənistan humanitar atəşkəsin 12 saatı tamam olmamış Gəncəni, bununla yanaşı cəbhəyanı istiqamətdə olan əraziləri vurdu. Buna baxmayaraq Azərbaycan öz humanistliyini gəstərdi, humanitar atəşkəsə sadiq qaldı".

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Buta.ws-ə müsahibəsində YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini, politoloq Fuad Heydər deyib.

- İstəyərdim gənc politoloq kimi cəbhədə gedən döyüşlərlə bağlı fikirlərinizi bildirəsiniz.

- Ali Baş Komandan İlham Əliyev dəfələrlə sülh danışıqlarına çalışdı və bu çabaların hamısı Ermənistan silahlı qüvvələri tərəfindən yekunlaşdırıldı. Nəticə bundan ibarətdir ki, Ermənistan öz idealarından əl çəkmədi və demək olar ki, hər dəfə sülh danışıqları, ATƏT-in Minsk qrupu və digər təşkilatlar heç biri sülh danışıqlarında münasibət bildirmədilər, bu 30 il müddətində bildirdikləri münasibətdə ki, "hə, həll olunacaq, narahat olmayın, biz məsələni araşdıracayıq". Hətta bununla yanaşı olaraq Tovuz istiqamətində təxribat törətdilər. Bu təxribatın nəticəsində yenə də Azərbaycan sülhü gözlədi. Yekun nəticə olaraq 27 sentyabrdan əks-hücum əməliyyatları, Qarabağ torpağını işğalçılardan azad etmək əməliyyatına başlandı. Lakin cənab prezident yenə onlara sonuncu "sülh" şansını verdi, Lavrovun rəhbərliyi altında Ceyhun Bayramovla, Ermənistan Xarici İşlər Naziri arasında görüş keçirildi. Görüşün nəticəsində də ermənilər öz hiyləgərlikləri ilə aldatdılar. Atəşkəsin 12 saatı tamam olmamış Gəncəni, bununla yanaşı cəbhəyanı istiqamətdə olan əraziləri vurdular. Buna baxmayaraq Azərbaycan öz humanistliyini gəstərdi, humanitar atəşkəsə sadiq qaldı. Cənab Prezident onlara sonuncu şansı verdi, lakin ermənilər bu son şansdan imtina etdilər. Hesab edirəm ki, Dağlıq-Qarabağın zəfəri bizimlədir, qələbəni biz əldə ermişik, edəcəyik də. Cənab Prezidentin bir sözü var: "Bizim yolumuz haqq yoludur".

- Sizcə mənfur düşmənin mülki əhalini atəşə tutmasının əsas səbəbi nədir?

- Mənfur düşmənin məqsədi bundan ibarətdir ki, artıq gücü çatmır Dağlıq Qarabağı qorusunlar. Demək olar ki, Dağlıq Qarabağı itiriblər. Azərbaycan Ordusu güclü ordudur, yüksəklikləri işğaldan azad etdikləri üçün onlar bilirlər ki, itirəcəkləri bir şey qalmayıb. Putin bildirdi ki, "mən Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qoşula bilmərəm, çünki bu Azərbaycanın öz torpaqlarıdır. Azərbaycan Ermənistan torpaqlarında hərbi əməliyyat keçirərsə, o zaman biz münaqişəyə qoşula bilərik".

Ermənistanın isə artıq gücü çatmadı. Hiyləgərlikdən istifadə edərək, Bakının bəzi istiqamətlərinə atəş açır, təbii ki, Mingəçeviri də vurdu. Dinc əhalini vuraraq istədi ki, Azərbaycan hədəf olaraq İrəvanı vursun, lakin yekun nəticədə güclü diplomatik olan cənab prezidentin hesablanmış nəzəriyyəsidir ki, Paşinyan istəyir Rusyanı qoşsun oyuna, lakin bacarmır. Artıq dəfələrlə etsə də alınmadı. Əsas məsələ burasındadır ki, Azərbaycan xalqı cənab prezidenti dəstəkləyir, yerli sakinlər də. Hətta Gəncədə olan hadisədən sonra çıxışlar vardı ki, "evimiz dövlətə qurban olsun, evimiz cənab prezidentə qurban olsun, maşınımız cənab prezidentə qurban olsun".

Bu artıq xalq birliyini göstərir, çünki bu xalqın birliyi olmalıdır ki, Dağlıq Qarabağ məsələsini kökündən həll edək. Onsuz da Ermənistan öz istəyindən əl çəkməsə də istəyinə nail ola bilməyəcək. Azərbaycanda çox güclü diplomatik danışıqlar gedir, bunun bariz nümunəsi isə Hikmət Hacıyevdir.

- Bildiyiniz kimi Paşinyanın cənab prezidentlə bir neçə dəfə debatı olub və o özünü bu debatlarda gülünc hala salıb. Ermənistan xalqı Paşinyanın hakimiyyətdən getməsində nəsə bir addım atacaqmı?

- Açığı bir məsələni qeyd edim ki, diktotorlar hər zaman çevriliş yolu ilə gəlir hakimiyyətə. Bu çevrilişlərdən biri də Paşinyan diktaturası idiki çıxdı üzə. Bir küçə jurnalisti etik qabiliyyəti olmayan bir jurnalisti vəzifəyə gəldi,hansısa yollardan istifadə etdi. Buna baxmayaraq özünü böyük  bir şəxs kimi hesab etdi. Çıxışlarında belə ingilis dilində danışa bilməyən,qeyd etmişdi Rus dilin bilir, Rus dilində də normal bilmir. Bəlkə də öz doğma dillərini,(doğma dedikdə onlar onsuzda hər şeyi ondan bundan oğurlayıb bir dil əmələ gətirib) kimdənsə oğurladıqları doğma dillərini belə yaxşı danışa bilmir və çıxışında belə gülünc vəziyyətdə boynuna aldıki "Qarabağ Azərbaycandır",lakin buna baxmayaraq onun xalqı belə onu insan yerinə qoymur. Heç dünya liderləri belə onu lider gözündə görmür,çünki Paşinyan artıq özünü nüfuzdan salıb və demək olarki cənab prezident dəfələrlə onunla olan debatda,ona dərs keçib,sübut edib ki, yaşadığınız ermənistan torpağı heç sizin torpaq deyil. Tarixin dərinliyinə getsək,İrəvan xanlığı Azərbaycan torpağıdır, demək olar ki, İrəvanın ermənistana verilməsi 1918 ci ildə, sülh müqaviləsindəydi,ermənistanın dağlıq-Qarabağ iddiasından əl çəkməsi üçün.

Paşinyan onsuzda nüfuzdan düşüb. Onun hakimiyyətinin stolu silkələnməkdədir. Paşinyan qorxusundan artıq bilmir nə etsin və yəqinki Hadrut məsələsi haqqında məlumatınız  var ki, "Qırmızı Aypara"nın tibb maşını ilə jurnalist gəldi Hadrutda çəkiliş etdi, hiyləgərliyə əl ataraq dediki "Hadrut bizdədi,biz torpaqları yenidən özümüzə qaytardıq",lakin bunların hamısı məlum olduki yenə hiyləgərlik,saxtakarlıq edirlər və xalqın gözündə qalxmaq istəyirlər.

Lakin yekun nəticədə heç nə əldə edə bilmirlər. Azərbaycan xalqı da dünya xalqları da bilirki Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır ki haqqı kimdəsə qalmasın.

- Azərbaycan əsgəri Suqovuşanda video çəkdi göstərdi ki, bunu Moskvadakı dostlarıma göndərəcəm. Erməni xəbər saytlarından biri bunu qərəzli şəkildə təhrif edərək  yazdıki "Azərbaycan əsgərinin Moskvaya salam göndərməsində səbəb odur ki, baxın Moskva Suqovuşan bizdədir". Bu təxribata fikriniz necədir? 

- Əslində burada yenə Paşinyanın öz hiyləgərliyi, Ermənistanın öz hiyləgərliyidir ki, Rusyanı öz döyüşlərinə qatsın. Azərbaycan əsgəri heç kəsə öz himayəsini göstərmirki "bu torpağı mən almışam". Bunu kiməsə reklam etməyə də ehtiyac yoxdur, çünki Rusiya Federasiyası da çox yaxşı bilir ki, Qarabağ Azərbaycanın torpağıdır və bununla yanaşı Avropa ölkələri də bilir ki, Qarabağ Azərbaycanın torpağıdır. Sadəcə bizim bildiyimiz qədər Azərbaycan vətəndaşlarının bəziləri Rusyada bizneslə məşğuldurlar, onlar da həmin Rusiyada yaşayan qohumlarına göndərib baxsınlar ki, "biz qələbə çalmışıq, torpaqlarımızı düşməndən azad etmək mərhələsindəyik". Sadəcə diplomatiyanın başlıca funksiyası bundadır ki, insanlar özlərini necə istəsələr tanıda bilərlər. Bu vəziyyəti özlərinin hesabına çevirmək istəyiblər. Nə etsələr belə yekunda heçnə alınmayacaq, mümkünatı yoxdur.

- Ermənistan üçüncü ölkəni münaqişəyə qatmaq istəyir. Bununla heçnə əldə etməyən ermənistan hakimiyyətinin növbəti təxribatı nə ola bilər?

- Əslində Ermənistanın güclü bir ölkəni münaqişəyə cəlb etməsi dünya müharibəsinə gətirib çıxardacaq. Əgər buna nail olarlarsa, bu üçüncü dünya müharibəsinə gətirib çıxaracaq, lakin buna baxmayaraq hesab edirəm ki, artıq heç bir ölkə pandemiyadan, COVİD-19 virusundan sonra müharibəyə qoşulmaz, çünki demək olar ki, ölkələrin iqtisadiyyatı artıq bərbaddır. Zəifləyiblər və qalxada bilmirlər. COVİD-19-un ikinci dalğası da başlayıb. Nəticədə iqtisadiyyatı çökmüş ölkələrin heç biri müharibəni istəməz. Nəticə olaraq Ermənistan nəyə əl atsa belə bacarmayacaq. Bakının müdafiəsi də var, yerli sakinlər cənab prezidenti dəstəkləyir. Bəzi təxribatçılar varki "İrəvanı vur! İrəvanı vur!"- deyirlər. Bunlar sadəcə siyasətdən anlayışı olmayan insanlardır. Biz dünya miqyasında sübut etməmişik ki, İrəvan bizim torpağımızdır. Biz bunu tarixən bilsək də, dünya miqyasında sübut etmək qərəzli və çətin məsələ olar. Hesab edirəm ki, yaxın zamanlarda Dağlıq Qarabağ məsələsi həll olub bitdiksən sonra, İrəvan məsələsini də artıq dünya miqyasına sübut edəcəyik, çünki Ermənistan Dağlıq Qarabağ məsələsi ilə yanaşı bizim bizim mahnıları, milli mətbəximizi öz adlarına keçirməklə Avropada "Ermənistan mətbəxidir" deyə təqdim edirlər. Ermənistanın abidəsi var. Onlar abidəyə sitaiş edir. Abidə artıq məlumdur "məleykə" abidəsi. Bu artıq fahişəliyi təbliğ edir. Onlar Kim Kardaşyana güvənir. Lakin Kardaşyanın belə onları qurtarmağı mümkün deyil. Hətta fikir vermisinizsə çəkilişlərdə qandallı şəkildə erməni əsgərlərini bağlayıblarki qaçmasınlar. Artıq buradan anlayırıq ki, erməni əsgərləri qaçır, döyüşmək istəmirlər. Ermənistan Parlamentinin yarısı istəyirdi ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılsın. Lakin Ermənistan öz xislətindən qurtula bilməyib "Dağlıq-Qarabağ bizimdir, o bizim Artsaxdır" deyə sərsəm bəyanatlarla çıxış edirlər. Hətta Marsda bir torpaq tapılsa deyərlər ki,"Mars bizimdir, əvvəldən bizim olub". Daha bir sərsəm iddiaları isə Adəm və Həvvanın kökü ermənidən olmasıdır.

Xəbər xətti