"Mançester Siti"nin sabiq futbolçusu karyerasını bitirdi

18:38 - 16 Oktyabr 2020 - İDMAN

Argentina millisinin sabiq futbolçusu Pablo Zabaleta karyerasını başa vurub.


35 yaşlı müdafiəçi bu barədə "Twitter" hesabından məlumat verib. O, 18 ildən sonra futbolla vidalaşdığını bildirib.

Qeyd edək ki, Pablo Zabaleta son olaraq İngiltərənin "Vest Hem" klubunun formasını geyinib. 2014-cü ildə Braziliyadakı dünya çempionatında gümüş medal qazanan oyunçu İngiltərənin "Mançester Siti" və İspaniyanın "Espanyol" komandalarında da çıxış edib. O, 2011/2012 və 2013/2014 mövsümündə "Mançester Siti" ilə ölkə çempionu olub.

Xəbər xətti