Paytaxtda dizellə işləyən avtobuslar tarixə qovuşur
14:07 - 16 Oktyabr 2020 - AVTO
Rusiyanın Moskva şəhərində ictimai nəqliyyatda istifadə edilən dizel mühərrikli avtobusların alşı 2021-ci ildən dayandırılır. Ucnoqta.az xəbər verir ki, 2030-cü ildə isə, paytaxtda yalnız elektrik enerjisi ilə işləyən avtobuslar qalacaq. Bu barədə şəhər meri Sergey Sobyanin TASS agentliyinə verdiyi müsahibədə bildirib.
"Gələn ildən biz əsas parkda olan adi dizellə işləyən avtobusların dəyişdirilməsinə başlayacağıq. 2022-ci ildən isə ümumiyyətlə dizellə işləyən nəqliyyat və avtobusların alışını dayandıracağıq. 2030-cu ilə qədər onları tamamilə elektrikli avtobuslarla əvəzləyəcəyik. Biz bu planla dünyada öndəyik. Bu çox vacibdir, çünki şəhər sakinləri üçün ekologiya çox vacibdir" - deyə o, bildirib.
Sobyanin əlavə edib ki, indiki gündə Moskvadakı elektrik avtobusların olduğu park, dünya şəhərlərindəki olan parkların ən böyüdür.
Namiq Musayev