Güclü leysan 75 insanın ölümünə səbəb olub

Hindistanın qərbində və cənub-şərqində yağan güclü leysan nəticəsində azı 75 nəfər həlak olub. Ucnoqta.az xəbər verir ki, bu barədə "Hindu" nəşri məlumat verib. Qəzetin məlumatına əsasən, Solapur, Sanqli rayonlarında və Puna şəhərində güclü yağış səbəbindən bir bina çöküb və bir neçə evə də ciddi ziyan dəyib. Təbiət hadisəsi, elektrik enerjisinin verilməsində problemlər yaradıb, 100-dən çox kəndlə əlaqə kəsilib. Xilasedicilər 20 mindən çox insanı fəlakət zonasından təxliyə edib. Ayrıca, 117 ildə ilk dəfə Telenqana ştatına da güclü leysan yağışları yağıb. Bildirilir ki, ümumilikdə hadisə zamanı 75-dən çox insan dünyasını dəyişib. Hazırda təbiətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Namiq Musayev

Tarix
16 Oktyabr 2020 [13:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-16 13:07:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin