Dünənki yoluxma sayı avqustun əvvəlindən qeydə alınan ən yüksək saydır - TƏBİB

11:19 - 16 Oktyabr 2020 - Xəbər

Dünən qeyd edilən yoluxma sayı avqustun əvvəlindən qeydə alınan ən yüksək saydır.

Bunu TƏBiB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda reanimasiya şöbələrində 113 xəstə müalicə alır. Onların 16-sı süni tənəffüs aparatına qoşulub.

Y.Qarayeva əlavə edib ki, son zamablar dünyada, xüsusilə bir çox Avropa ölkələrində karantin qaydaları yenidən sərtləşdirilir.

Xəbər xətti