Operativ Qərargah vətəndaşlara ÇAĞIRIŞ etdi

10:50 - 16 Oktyabr 2020 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə Azərbaycanda bir sıra məhdudiyyətlər tətbiq ediləcək. 

Bununla bağlı məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara çağırış edib:

“Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.

Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq”.

 

Xəbər xətti