Ana səhifə
24 May 2018

“Populyarlıq kimi bir arzum yoxdu” - FOTOLAR

Elməddin Cəfərov: “Ziyana düşəndə çox üzülə, böyük  uğurum olanda da çox sevinə bilmirəm”

 

 

“Diplom veriləndə zalda əl çalanlar, eşq olsun deyənlər aktyor deyilsən deyən insanlar idilər”

 

 

Seriallarda yaratdığı komik obrazlarla tamaşaçıların sevimlisinə çevrilən aktyorlardan biri də  Elməddin Cəfərovdur. “Köhnə bacanaqlar” serialının Taleyi obrazında çıxış edən aktyor “Şənbə qonağı”mızdır. Aktyorun sənətindəki son yenillikləri və səmimi müsahibəsini sizlərə təqdim edirik.

 

 

- “Gülüş yığması”nda iştirak edirsiniz. Bu haqda danışardınız...

- Dəvət etdilər, iştirak etdim. Verilişdə mənə yaxın olan insanlar iştirak edir. İnşallah noyabrdan Tahir, Cabir və Fərda ilə bir yerdə iştirak edəcəyik. Hazırda proekt “Space” kanalında 2-3 reytinqli verilişlərdən biridir. Birinci aydan reytinq verdi.

 

 

- "Bacanaqlar" serialınızın adı “Köhnə bacanaqlar” oldu. Səbəb nədir?

- Səbəblər çox idi. Əslində adını dəyişmək istəyirdik. 6 ildir ki, serial yayımlanır, amma ad əlavə edə bilmirdik. “Köhnə bacanaq”larda iki məna var: birincisi biz artıq bacanaq deyilik, yeznə-qayınıq, ikincisi bir çox uşaqlar bizim seriallara baxa-baxa böyüyüblər.

 

 

-Serialı uzatmağı düşünürsünüz?

- Əslində 2015-ci ildə yayda serialı dayandırmaq istəyirdim. Kollektivlə danışdım, razı olmadılar. Dedilər ki, dəyişmək istəyirsən serialda dəyişiklik et. Xeyirlisi nə qədər gedir-getsin. İnsanlar seriala baxır, reytinq verir.  Tamaşaçıların reaksiyalarına baxırıq. Yenilik edirik və qarşılığını görürük. Əsas məqsədimiz tamaşaçılardı. Serialin kollektivi bizim üçün doğmadı. Ən azından tamaşaçılar baxırlar. Bunları nəzərə alıb, hələ dayandırmağı düşünmürük.

 

 

- Bu sahədə qazanc əldə etmək olmur. Sirr deyilsə bir seriya üçün nə qədər maaş alırsınız?

- Maaş almırıq. Bu gün bir seriya üçün təxmini 3500-ə çəkilir. Ona ssenarinin, ssenaristlərin, aktyorların, işıq, kamera, məkanın kirayə pulu və kommunal xərclər daxildir.

 

 

- Bəs aktyorlar o qədər maaşa nə yaxşı razı olurlar?

- Normal məbləği verən bizik. Başqaları bir seriyanı iki minə çəkirlər.

 

 

-Yəni digər seriallarda vəziyyət daha acınacaqlıdır...

- Hə. Bizdə seriyal reytinq verdiyinə görə bir seria 3500-4000-ə çəkilir. Başqa seriallarda ağılasığmaz rəqəmlərdir.

 

 

- Aktyorları ətrafınızda saxlaya bilirsiniz. Demək olar ki, çəkilib gedənlər olmur…

- Hə. Bizim kollektivdə mehribanlıq var. Maliyyə az olduğu üçün tez aktyorların pulunu bölürəm ki, hər kəs razı qalsın. Aktyor çəkilişinə 100 manat verirəm. Aktyorların üçün 1500 ayırıram ki, bu pul 15 aktyora veriləcək. Ona görə aktyorlar narazı qalmırlar. Çünki günə 100 manat alırlar. Amma hər gün qazanmır da. 4 gün səhər saat 10-dan 6-ya kimi işləyirlər. Mən ayda 4 günün maaşını verə bilərəm. Aylıq maaş mümkün deyil. Çünki biz şirkət deyilik.

 

 

- Oğlunuzda seriala çəkilirdi. İndi niyə çəkilmir?

- Hazırda təhsilinə və çox yorulurduğuna görə çəkmirəm. Tanındıqdan sonra hiss elədim ki rahatlığını əlindən aldım. O yaşda uşağın rahatlığı gedir. Çəkilməyə özü meyllidir. Hər dəfə xahiş edir. Onun tanınmasını istəmirəm. Tanınmaq adamın çox şeylərini, azadlıqlarını əlindən alır, çərçivəyə salır. İstədiyin kimi yaşaya bilmirsən. Həmişə insanları nəzərə alıb oturub-durursan.

 

 

- Bu nə dərəcədə çətindir?

- Çox çətindir. Türkiyədə taksim meydanına getmişdim. Orada gecə saat 4 idi. Tam azad idim. Mənə “azəri ünlü” deyəndən sonra  tez özümü yığışdırmağa başladım. Burda tək özüm deyil, “azəri” sözü var. Əslində televiziyadan hamımızı görüblər. Bəlkə də sifətim yadlarında qalıb.

 

 

- Oğlunuzun marağı varsa sizin mane olmağınız nə dərəcədə düzgündür? Nə qədər yubada biləcəksiniz?

- Əslində oğlum bu işə “hobbi” kimi baxır. Başqa sahəni arzulayır. Hər bir  insanın içində başlanğıcda tanınmağa meyl olur. Hər bir normal insanda olduğu kimi o uşaqda da bir az şöhrətpərəstlik var. Məndə şöhrət olmaq hissi yoxdu. Rahat, özüm olmaq istəyirəm. Şöhrət yaxşı deyil.

 

 

- Sizdə şöhrətə heç vaxt meyil olmayıb?

- Çox olmayıb. Tanınmaq, populyarlıq istəmirəm. Populyarlıq kimi bir arzum yoxdu. Çünki “pik” nöqtələr var. Onlara çatdıqdan sonra həvəsim ölür.  Mənim tanınmağım çox asan oldu. Bir günün içində tanındım. Birinci çıxışım “Tək səbr”də oldu.  Namiq Qaraçuxurlunun rəvayətini söylədim. Səhərisi gün insanlar məni tanıdılar. Ağılasığmaz şöhrət idi. O zaman həddindən artıq pul qazanırdıq. Amma bərəkəti olmurdu. O pul ilə heç nə edə, hətta ev də ala bilmədim. 100 dollar maaş alırdıq. Toya min manata gedirdik. Aya 10000 dollar qazanırdıq. 21 yaşlı oğlana o çatmırdı. Necə olduğunu bilmirdim. O pullar sənə qalmır. Bunlardan sonra insan bir gün  ayılır. Amma normal ayılmırsan, zərbə, xəstəlik, hər şey əlindən çıxır. Bildirim ki, üç dəfə ayılmışam. Bir dəfə ağır xəstələndim. Sonra veriliş getdi. İki il efirə çıxa bilmədim. Hər şeyi yenidən qurdum. "Arı şou" verilişini açdıq. Yenə popularyarlıq gəldi. Növbəti bir zərbə aldım, etmədiyim ziyana düşdüm. Hadisənin içində olmuşdum, amma səbəbkar deyildim. O hadisələrdə tam təkləndim. Sosial şəbəkələrdən də uzaqlaşdım. Ondan sonra itirmədiyim zamanım oldu. Özümə vaxt ayırdım. Atıla bilənləri atdım, doğmalarım və özüm qaldım.

 

 

- Hazırda da sosial şəbəkələrdən istifadə etmirsiniz?

- Yox. Çox rahatlıqdı. Xəbərlər üçün bir neçə proqramlar yazdırmışam.

 

 

- Sizə teatrda işləmək üçün təklif gəlib qəbul etməmisiniz. Niyə?

- Bakıdan çox teatrlardan təklif gəldi. Dəyər verdiyim xalq artistlərin çoxlarından dəvət gəldi. Amma getmək istəmədim.

 

 

Nəyə görə?

 - Teatrda rol üstündə mehribanlıq yoxdur. Onu da deyim ki, bəzi aktyorlar seriala görə bizi baltalayırdılar. Allah şahiddir ki, sonra serialda çəkilmək üçün xahiş edirdilər.  Çünki şöhrət, pul, toya getmək vardı. Televiziya da şöhrət verir. İnsanı daha çox tanıdır. Teatra 500 nəfər gedirsə, televiziyaya milyonlarla insan baxır.

 

 

- Bir az da Yaşar Nuri ilə seriala çəkilməyinizdən danışaq...

- Yaşar Nuri ilə çəkilmək fikrimiz vardı. Onunla tez- tez Hüseyn Cavid parkında görüşürdük. Seriala yeni başlamışdıq. Söhbət əsnasında seriala baxdığını və bəyəndiyini dedi. Dedim çəkilmək istəyərsiniz? Hə olar cavabını verdi. Birinci çəkilişdə onunla işləmək bizim üçün çətin idi. Hamımızı otuzdurdu və səhvlərimizi deyirdi. Bəzi vaxtlarda özü qəsdən edirdi. Allah rəhmət eləsin. Yaşar müəllimi çox istəyirdik. Mənə oğlum deyirdi. Bütün komanda ona “papuçka” deyirdi. Bir çox xalq artistləri bizi qəbul etməyəndə Yaşar müəllim, Firəngiz xanım və Fatma xanım bizə dəstək oldular. Bilmədiyimizi başa saldılar. Onlar bizimlə çəkilmədilər, bizim onlarla çəkilməyimizə imkan yaratdılar.

 

 

- Sənətdə onlardan nələri öyrəndiniz?

- Çox şey, eləcə də təbii oynamağı öyrəndik. Məsələn, teatrda “pafos” çox idi. Bizdə KVN-də təbiiliyə üstünlük verilir. Efir realığı və təbiiliyi sevir. Bəzən təbiiliyin aşırısını etdiyimiz səhvlər də oldu. Onu qəbul edirəm. Amma 50 faiz olan halda, 100 faiz olduğunu dedilər. Amma əlhəmdulillah indi hər şey yaxşıdı.

 

 

- Sizi ilk başlanğıcda aktyor kimi qəbul etməyənlər də oldu....

- Deməli məndə belə hiss yaranıb. Ziyana düşəndə çox üzülə, böyük  uğurum olanda da çox sevinə bilmirəm. Onlar ani bir hisslərdi. Bəzi aktyorlar İncəsənət Universitetini bitirmədiyin üçün aktyor olmadığımı deyirdilər. O sözdən pis olurdum. İndi deyirəm hə aktyor deyiləm, adi insanam aktyor olub-olmamağımın önəmi varmı? Yaxud da sənin üçün nə önəmlidir ki. Mən ailə başçısıyam, yaxşı yoldaşam. Mənim üçün yaxşı övlad, Allaha yaxşı qul olmaq önəmlidir. O vaxt bir az cavan idim. Tez əsəbləşirdim, cavab qaytarırdım. 2013-cü ildə ilin ən yaxşı aktyoru seçildim. Diplom veriləndə zalda əl çalanlar, eşq olsun deyənlər aktyor deyilsən deyənlər idilər.

 

 

- Serialda dəyişiklik etdiniz tamaşaçıları nələr gözləyir?

- Gəlin-qaynana  söhbəti olacaq. Aktrisa Fidan Axundova artıq Xəyalə kimi gəlin deyil. Abbas Nataşaya ev tutub. Tamaşaçılar gözləsinlər çox maraqlı olacaq.

 

 

- Başqa hansı yenilikləriniz olacaq?

- “Qız atası” serialı üzərində işləyirik. Serialın ssenarisi hazırdı. Bir az maliyyyə problemləri var. Çox  fəqli bir serialdı. Qadınlar üçündü. Bir kişinin 4 qızı var. Hər biri ayrı xasiyyətdə, ayrı sahədə işləyirlər. Tamaşaçı üçün çox maraqlı simalar var. Bir az sponsor problemləri var. İnşallah düzələr.

 

 

- Başqa seriallara baxırsınız?

- Əslində izlədiyim seriallar var. Deyim  ki, hansısa serialın fanatıyam yox. Deyəcəm sizə qəribə gələcək. “Möhtəşəm yüz yıl” serialına İbrahim öləndən sonra az baxdım.  Artıq türk seriallarına da axıra qədər baxa bilmirəm. Mən serialı izləyərkən kadr arxasını, çəkiliş proseslərini görürəm, hiss edirəm. Hamı hadisələrə ağlayanda, mən onların çəkilişlərinə fikir verirəm. İşimə görə o hadisləri dərk edə bilmirəm. İş tərəfdən nələrsə götürürəm. Pis çıxmasın, məni daha çox çəkiliş proseləri cəlb edir.

Tarix
14 Oktyabr 2014 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin