Kamran Əliyevə DYP-də yüksək vəzifə verildi

22:37 - 15 Oktyabr 2020 - Xəbər

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilib.

K. Əliyev BDYPİ-nin İmtahan Qeydiyyat idarəsinə rəis təyin olunub.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan rəhmətə getmişdi.///BakuPost

Xəbər xətti