Türkiyə və Rusiya XİN başçıları cəbhədəki vəziyyəti müzakirə ediblər

19:30 - 15 Oktyabr 2020 - Xəbər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.

Nazirlər Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini hədəf alaraq mülki şəxsləri atəşə tutmasını, eyni zamanda Tərtərdə dəfn mərasim zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər.

 

Xəbər xətti