“Hyundai” 2028-ci ildə uçan avtomobillərin istehsalına başlayacaq

15:42 - 14 Oktyabr 2020 - AVTO

“Hyundai” şirkəti 2028-ci ildə çoxsaylı uçan avtomobillərin seriyalı istehsalına başlamaq niyyətindədir. Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya markasının yeni şəhər hava nəqliyyat şöbəsinin başçısı Şin Çjevon “Bloomberg” agentliyinə deyib.

Mütəxəssisin sözlərinə görə, hazırda şirkət böyük aqlomerasiya üçün 5-6 sərnişin yerlik uçuş aparatları və daha geniş versiya üzərində işləyir.

O, həmçinin bildirib ki, insanlar daim tıxaclarda dururlar və tezliklə əmin olacaqlar ki, uçan avtomobil nə qədər rahatdır.

Namiq Musayev

Xəbər xətti