Ana səhifə
19 Noyabr 2018

"Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan və Türkiyənin əməkdaşlıq və inkişafını dəyərləndirib. Ucnoqta.azqardaş ölkənin “TRT Haber” kanalına istinadən bildirir ki, öz çıxışında Davudoğlu Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu və iki ölkənin inkişafını göstərən əyani nümunə olduğunu vurğulayıb.

“Bir çox ölkələrdə problemlər yaşanarkən, Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”.

Türkiyənin istehlakçı ölkə olmaqla yanaşı, tranzit bir ölkə olacağını və 2019-cu ildən etibarən Avropaya təbii qaz nəqlini reallaşdıracağını qeyd edən Ə.Davudoğlu bildirib ki, Azərbaycanla Türkiyənin coğrafiyası, enerji potensialı bir-birini tamamlayır: “İstehsalın 80%-i Türkiyə şirkətləri tərəfindən həyata keçiriləcək. Bu, türk sənayesinin yüksəldiyi yeri nümayiş etdirmək baxımından diqqətçəkən məqamdır. Bu layihə təkcə təbii qaz layihəsi olmayacaq. Xəzər dənizindən Avropaya qaz nəql edən layihə Türkiyə ilə Yunanıstan əlaqələrini də genişləndirəcək”.

Layihəni Qafqazla Balkan ölkələri arasında sülh körpüsü kimi təqdim edən Türkiyənin baş naziri “Yaşasın Azərbaycan-Türkiyə dostluğu!” ifadəsini də işlədib.

 

Bəhruz

Tarix
14 Oktyabr 2014 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin