Ermənilər Ağdamın Qaradağlı kəndində yaşayış evinə mərmi atdı - FOTO

12:10 - 14 Oktyabr 2020 - Xəbər

Ermənistan silahlı qüvvələri Ağdam rayonunu atəşə tutmaqda davam edir.

Trend-in məlumatına görə, yaşayış məntəqələrinin ağır artyilleriyalardan atəşə tuturlaması nəticəsində Ağdamın Qaradağlı kəndində bir neçə evə ciddi ziyan dəyib.

Hadisə nəticəsində kənd sakini Rəhman Həsənova məxsus evə mərmi düşüb. Ev yararsız vəziyyətdədir, xəsarət alan olmayıb. Bu gün səhər saat 10 radələrinə kimi kəndə 10-dan artıq mərmi düşüb.


Xəbər xətti