Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur.
Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.
Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib. "Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir", - deyə xəbərdə bildirilir.