Ermənistanda bir gündə 745 nəfər koronavirusa yoluxub- 6 nəfər ölüb

17:49 - 13 Oktyabr 2020 - Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 57 566 nəfərə çatıb.

Erməni KİV-lərinin məlumatına görə, son sutka ərzində 745 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 032 nəfər koronavirusdan ölüb, 9 908 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Xəbər xətti