Vilayət Eyvazovdan yeni TƏYİNAT

09:05 - 13 Oktyabr 2020 - Xəbər

Daxili İşlər orqanlarında dəyişiklik olub.

Bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Mehrab Məmmədov Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl Yasamal Rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışıb. ///oxu.az

Xəbər xətti