Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Hərkətdə olan “KamAZ” markalı yük maşını aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır. ///Apa