Qulam İsakzai ermənilərin Gəncəyə hücumunu pisləyib

20:24 - 12 Oktyabr 2020 - Xəbər

"Gəncə şəhərinin yaşayış massivinə böyük hücumun baş verdiyi ərazini ziyarət etdim. Həlak olanlar və yaralananlara görə başsağlığı verirəm".

Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai "Tvitter"də yazıb.

"BMT Baş Katibliyinin mülki əhali və infrastrukturu beynəlxalq humanitar qanunlar çərçivəsində qorumaq çağırışını yenidən vurğulayıram. BMT lazım olarsa, humanitar ehtiyacları qarşılamağa hazırdır", - o qeyd edib.

Xəbər xətti