“Əcnəbi diplomatlar Gəncədə dinc sakinlərə qarşı hərbi cinayəti öz gözləri ilə gördülər”- Hikmət Hacıyev

16:12 - 12 Oktyabr 2020 - Xəbər

“Əcnəbi diplomatlar və Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların rəhbərləri Ermənistanın baş nazirinin Gəncə şəhərinin dinc sakinlərinə qarşı sifariş verdiyi hərbi cinayəti öz gözləri ilə gördülər”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Günahsız qurbanların xatirəsini yad etmək üçün əraziyə çiçəklər qoydular”, - deyə Prezidentin köməkçisi qeyd edib.///oxu.az

Xəbər xətti