Keşləni Babək prospekti ilə əlaqələndirən yolda təmir başladı

16:10 - 12 Oktyabr 2020 - Xəbər

Nizami rayonu, Keşlə qəsəbəsinin sakinləri uzun illərdir ki, Babək prospekti ilə Keşlə qəsəbəsini əlaqələndirən döngədən marşrut avtobuslarının, eləcə də, sakinlərin şəxsi nəqliyyat vasitələrinin qəsəbəyə birbaşa və sərbəst girişi ilə bağlı problem yaşayırdılar. Hələ seçki öncəsi sakinlər bu məsələni diqqətimizə çatdırmış, biz də öz növbəmizdə məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi, Azəravtoyol ASC və bir sıra müvafiq yerli qurumlara müraciətlər etmişdik".

Ucnoqta.az xəbər verir ki, bunu Nizami rayonunun deputatı Könül Nurullayeva bildirib. Onun sözlərinə görə, sentyabrın 29-da Nizami rayonu Keşlə qəsəbəsində baş tutan canlı görüş zamanı sakinlərlə yolun hazırki vəziyyəti ilə bağlı yenidən müzakirələr aparıb: "Qərara aldıq ki, sözügedən məsələ ilə bağlı Baş Nazir Əli Əsədova müraciət edək.

Bu gün sevinclə qeyd etmək istəyirəm ki, Keşlə qəsəbəsi ilə Babək prospektini əlaqələndirən həmin yolda təmir-tikinti işləri artıq başlanıb və hal-hazırda uğurla davam etdirilir. Müraciətimizi tez bir zamanda qeydə aldığı üçün bütün aidiyyatı qurumlara dərin minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırım ki, yolun bərpası nəqliyyat vasitələrinin qəsəbəyə sərbəst girişini təmin edəcək və yüzlərlə insanın gediş-gəliş problemini tamamilə aradan qaldıracaq".

Xəbər xətti