"Hamı başa düşməlidir ki, status-kvo uzun müddət davam edə bilməz"- Hikmət Hacıyev

15:55 - 10 Oktyabr 2020 - Xəbər

Hamı başa düşməlidir ki, status-kvo uzun müddət davam edə bilməz. Hər kəs gördü ki, Azərbaycan uzun müddət gözləyə bilməz.

Bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

Bundan sonrakı dövürdə danışıqlar davam edəcəksə burada konkret məzmun və nəticə yönümlü danışıqlar olmalıdır. İmitasiya yönümlü danışıqlar ola bilməz. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu olmadan regionda davamlı sülhə nail olmaq mümkün deyil.

Xəbər xətti