"Atəşkəs sülh deyil"- Hikmət Hacıyev

15:28 - 10 Oktyabr 2020 - Xəbər

"Atəşkəs özlüyündə sülh deyil, heç zaman da ola bilməz".

Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.

“Atəşkəs sülh prosesinin irəli aparılması üçün vasitələrdən biri ola bilər. Mövcud dövrdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul olunmuş bir atəşkəs rejimidir”, - o qeyd edib.
 

"Amma Ermənistanın siyasi rəhbərliyi bundan da sui-istifadə etməyə çalışır. Bu gün Ermənistan humanitar əsaslarla atəşkəs yalvarışları ilə gəldi və Ermənistan dövləti özü tərəf kimi çıxış etdi. Yekun hədəfimiz Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsidir. Bunun üçün hərbi, siyasi, iqtisadi müstəvidə bütün addımlar atılacaq. Azərbaycan xalqı əmin olmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdiriləcək. Bundan sonra spesifik danışıqlar davam etdirilməlidir. Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmayanadək Cənubi Qafqazda stabillik mümkün deyil. Bunu da deyim ki, dövlətimizə qarşı təzyiqlər də var, Prezident İlham Əliyev bu təzyiqlərə də sinə gərir. Biz bu təzyiqləri çox görmüşük".

Xəbər xətti