Azərbaycanda daha 215 yeni yoluxma faktı qeydə alınıb

15:38 - 9 Oktyabr 2020 - Xəbər

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.


İndiyədək ümumilikdə 41 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1 785 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 124, ötən müddət ərzində isə ümumilikdə 1 162 062 test aparılıb.

Xəbər xətti