Ötən ay 135 mindən çox sürücü qayda pozdu, 9 776 nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb

11:01 - 9 Oktyabr 2020 - AVTO

Türkiyənin İstanbul şəhərində ötən ay ərzində 135 mindən çox sürücü qayda pozub. Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən sentyabrın 1-dən 30-na kimi keçirilən reydlərdə, yol hərəkət qaydalarını pozan, avtoxuliqanlıq edən və nəqliyyatda təhlükəli avtomobil sürən 135 236 sürücüyə 57 249 381 lirə pul cəzası kəsilib.

Həmçinin 9 776 nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, 2 611 hərəkət iştirakçısının sürücülük vəsiqəsi isə əlindən alınıb.

 

Namiq Musayev

Xəbər xətti