Ana səhifə
26 Sentyabr 2018

Naibə Allahverdiyeva tənhalıqdan danışdı

“İnsanın nə qədər karyerası olsa da tənhalıqdan çox yorulur”

 

 

Əməkdar artist Naibə Allahverdiyeva tənhalıqdan danışdı. Əməkdar artistin “Üç nöqtə”yə açıqlamasına görə, qadın tənhalıq yükünü daşıya bilmir: “Qadın çiyinlərində tənhalıq yükünü daşıya bilmir. Qadının nə qədər böyük karyerası, pulu, şöhrəti olsa da təklikdən yorulur. Deyirlər ki, qadınlar güclüdürlər, hər şeyə dözürlər, amma bu müəyyən məqama qədər olur. Əgər Merlin Monro kimi dünyanın gözəlini, hamı sevirdi, amma o sevginin içində özünə istədiyi sevgini tapa bilmədi. Düşünürəm ki, tənhalıq insanı yorur və artıq yorulduğumu hiss edirəm. İnsanın nə qədər karyerası olsa da tənhalıqdan çox yorulur. Ailə hər şeydən üstündür, gözəldir. Tənha qadın, nə qədər karyerası, şöhrəti, imkanı olsa da tacsız bir kraliçaya bənzəyir. Merlin Monro kimi aktrisaların heç olmasa imkanı vardı. Amma bizim imkanımız yoxdu axı. Onun ürəyi darıxanda dünyanı gəzirdi, səyahətə çıxırdı, özünə gözəl hədiyyələr alırdı. Məsələn, mənim ürəyim darıxdı hansısa adalara gedim, bir az ürəyim açılsın kimi fikirləşə bilmirəm, uzağı Türkiyəyə və yaxın rayonlarımıza gedə bilirik. İnsan hərdən tənhalığından, həyatda çəkdiyi əziyyətlərdən qurtulmaq üçün səyahətə getmək istəyir, başını nələrləsə qatmağa çalışır. Amma bizim maddi imkanımızın olmaması buna mane olur. Bizim tənha aktrisalarımızda imkan yoxdu. Düzdü, bəzilərində var, amma hər kəsdə yoxdu. Biz ora-bura qaç, 5 manat alıb, bir təhər ailəmizi dolandırmağa çalışırıq.  Dünyada aktrisalar kraliça kimi yaşayırlar. Amma kraliça kimi yaşaya-yaşaya özlərini tənha hiss edirdilər. Tənhalıq və çətinliklər bir-birinə qarışanda görün insan nə vəziyyətə düşə bilər”.

 

 

Rəqsanə

Tarix
29 Yanvar 2015 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin