İtmiş pişik 6 ildən sonra sahibinə geri dönüb - FOTO

19:12 - 7 Oktyabr 2020 - MARAQLI

İngiltərədə itmiş pişik 6 ildən sonra sahibinə geri dönüb. Ucnoqta.az xəbər verir ki, hadisə Kambriya qraflığında baş verib. Bu barədə “Cumberland & Westmorland Herald” nəşri məlumat yayıb.

Məlumata görə, yeddi yaşlı siam cinsi olan Beyli ləqəbli pişik, 2014-cü ilin aprel ayında itkin düşüb. Heyvanın sahibəsi Robin, pişiyin axtarışlarında uğursuzluq yaşayaraq, onun tələf olması ehtimalı ilə barışıb.

Lakin üstündən 6 il keçdikdən sonra, baytarlıq klinikasından Robinə zəng gəlib və pişiyinin itməsi ilə bağlı ona sual verilib. Qadının sözlərinə görə, o, əvvəlcə söylənənin öz pişiyi olmadığını bildirib. Ancaq klinikadan Robinə, pişiyin cinsini və Beylinin mikroçipində onun anasının qeyd edilmiş nömrəsinin olduğu deyilib.

Pişik sahibi qeyd edib ki, bu illər ərzində onun bir övladı dünyaya gəlib, həmçinin iki dəfə yaşayış yerlərini dəyişiblər.

 

Namiq Musayev

 

Xəbər xətti