Azərbaycanda daha 182 nəfər koronavirusa yoluxub

16:02 - 7 Oktyabr 2020 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı 1653 nəfərdir.
Ölkədə son sutka ərzində 5261, hazırkı dövrədək isə 1150658 test aparılıb.

Xəbər xətti