Ana səhifə
18 Sentyabr 2018

Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilir - FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilir.

 

 

Ucnoqta.az Trend-ə istinadn xəbər verir ki, Azərbaycanın Xalq şairi Söhrab Tahir Vaqif Səmədoğlu barədə danışaraq bildirib ki, onun ölümü çox ağır itkidir: "Sıralarımızdan böyük bir şair getdi. O, tez getdi, hələ 20 il də yaşaya bilərdi. Vaqif böyük Səməd Vurğunun oğlu olsa da, onun öz yolu, öz cığırı oldu".

 

Xalq şairi ilə vida mərasimində qohumları, tanınmış ictimai-siyasi xadimlər, bir çox yazıçılar, şairlər, aktyorlar iştirak edirlər.

 

V.Səmədoğlu I Fəxri xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat edib.

 

Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində anadan olub. O, 1956-cı ildə Bülbül adına musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb, sonralar Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.

Tarix
29 Yanvar 2015 [14:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin