Düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb- Anar Eyvazov

19:57 - 6 Oktyabr 2020 - Xəbər

Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-həmlə hücumlarını davam etdirir.

Bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, düşmənin müxtəlif istiqamətlərdə zireh 63 taborunun 3 tankı, 4 qrad yaylım sistemi və canlı qüvvəsi məhv edilib.

Həmçinin, düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb.
Cəbrayıl rayonu ərazisindəki silah sursat anbarı isə qənimət kimi götürüb.

 

Xəbər xətti