Daha 11 şagird koronavirusa yoluxub- 1 məktəb distant təhsilə keçib

19:47 - 6 Oktyabr 2020 - Xəbər

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.
Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.

Daha 1 məktəb də distant təhsilə keçib.
İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

Xəbər xətti